PSJ-nin qələbəsindən sonra Fransada iğtişaşlar başladı
Fransada PSJ-nin Çempionlar Liqasının finalında qələbəsindən sonra başlayan iğtişaşlar kütləvi saxlanmalarla nəticələnib.
RMC Sport radiostansiyası polisə istinadən xəbər verir ki, ölkə üzrə artıq 326 nəfər saxlanılıb.
“Saat 23:30-a olan məlumata görə, 326 nəfər saxlanılıb, onlardan 235-i Parisdədir”, deyə məlumatda qeyd olunub.
Final oyunu şənbə günü Budapeştdə keçirilib. Qarşılaşmada PSJ “Arsenal”ı məğlub edərək ardıcıl ikinci dəfə kuboku qazanıb.
Bundan sonra Parisdə və Fransanın bir sıra digər şəhərlərində polis ilə toqquşmalar başlayıb.
Fransanın daxili işlər naziri Loran Nunes daha əvvəl final günü təhlükəsizliyi təmin etmək üçün 22 min hüquq-mühafizə əməkdaşının cəlb olunacağını bildirmişdi. Onlardan 8 mini Paris və ətraf bölgələrdə xidmət aparıb.
Polis ölkə şəhərlərində vəziyyəti izləməyə davam edir.