Antalyada turist mikroavtobusları toqquşdu: 7 rusiyalı xəsarət aldı
Türkiyənin Antalya şəhərində iki turist mikroavtobusunun toqquşması nəticəsində 7 Rusiya vətəndaşı xəsarət alıb. Bu barədə RT teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, yaralılar xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Qəzanın səbəbi hələlik məlum deyil.