Aydaho səmasında şok qəza: iki ABŞ qırıcısı havada toqquşdu
ABŞ-ın Aydaho ştatında yerləşən Mauntin-Houm Hərbi Hava Qüvvələri bazasında keçirilən aviaşou zamanı iki Amerika qırıcısı havada toqquşub. Bu barədə 366-cı qırıcı aviasiya qanadının komandanlığı məlumat yayıb.
Məlumata görə, nümayiş uçuşları zamanı E/A-18G Growler tipli qırıcılardan biri aşağı hündürlükdə manevr edərkən aparıcı təyyarə ilə çarpışıb.
Hadisə zamanı hər iki təyyarədə olan dörd pilot katapult etməyi bacarıb və paraşütlərlə təhlükəsiz şəkildə yerə enib. Hər iki qırıcı isə yerə çırpıldıqdan sonra partlayıb.
İnsidentin səbəbləri hələlik açıqlanmayıb. Aviasiya qanadının komandanlığı hadisə ilə bağlı araşdırmaya başlayıb.