Qohumunun evindən 20 min manatlıq oğurluq edən şəxs saxlanıldı
Xətai rayonunda qohumunun evindən 20 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Denmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xətai rayonunda yerləşən evlərin birindən naməlum şəraitdə 15 000 manat nağd pul və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Xətai RPİ 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən zərərçəkənin qohumu olan 30 yaşlı İ.Hüseynov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla müəyyən olunub ki, o, müxtəlif vaxtlarda evə daxil olaraq hissə-hissə pul və qızıl-zinət əşyalarını oğurlayıb.
Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.
nizami