Suriyanın paytaxtında partlayış: yaralılar var
Suriyanın paytaxtı Şamda boş avtobusda baş verən güclü partlayış nəticəsində 5 nəfər yaralanıb.
Bu barədə SANA agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə Vurud məhəlləsində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin Əməliyyatlar Komandanlığının rəhbəri Amir Zarifə yaralıların xəstəxanaya çatdırıldığını və müalicə aldıqlarını bildirib.
Partlayışın səbəbi hələ məlum deyil.
Hadisə yerinə göndərilən təhlükəsizlik və istintaq qrupları texniki araşdırmalara başlayıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə partlayış baş verən avtobusun yararsız hala düşdüyü görünür.