Britaniya tankeri İran yaxınlığında atəşə tutuldu
Böyük Britaniyaya məxsus tanker İran sahilləri yaxınlığında atəşə tutulub.
Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri nəzdində fəaliyyət göstərən UKMTO məlumat yayıb.
Mərkəzin məlumatına görə, hadisə BƏƏ-nin Füceyra sahillərindən 78 dəniz mili məsafədə qeydə alınıb. Tanker naməlum mənşəli mərmilərlə atəşə tutulub.
Bildirilir ki, gəminin ekipajı təhlükəsizdir. Hadisə nəticəsində ətraf mühitə hər hansı zərər dəyməyib.