Lotereya biletləri oğurlayan şəxslər tutuldu
Bakının Binəqədi və Xətai rayonlarında iki mağazadan lotereya biletləri və digər malların oğurlanmasında şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, keçirilən əməliyyat tədbirləri nəticəsində şübhəlilər — İ.Seyfullayev, A.Vəlizadə və M.Göyüşov müəyyən edilərək saxlanılıb.
Müəyyən olunub ki, onlar ticarət obyektlərindən lotereya biletləri, tütün məmulatları və spirtli içkilər olmaqla ümumilikdə 3159 manatlıq məhsul oğurlayıblar.