İtaliyada qar uçqunu iki nəfəri həyatından etdi
İtaliyanın Alto Adiçe bölgəsində dağlarda qar uçqunu baş verib. Hadisə nəticəsində azı iki nəfər həyatını itirib, bu barədə ANSA agentliyi məlumat yayıb.
Məlumata görə, ən azı bir nəfər xəsarət alıb, ilkin ehtimallara əsasən isə 10 nəfərin qar altında qalması mümkündür.
Xilasedicilərə siqnal yerli vaxtla saat 12:00 radələrində daxil olub. Hazırda təxminən 80 xilasedici sağ qalanların axtarışına cəlb olunub, əməliyyata altı helikopter də qoşulub.
Xəsarət alan şəxs İnsbruk şəhərindəki xəstəxanaya çatdırılıb, onun vəziyyəti ağır qiymətləndirilir.