Hindistanda avtobus dərəyə aşdı - ölənlər və yaralananlar var
Hindistanın şimalında yerləşən Himaçal-Pradeş ştatında sərnişin avtobusunun iştirakı ilə ağır qəza baş verib. Nəqliyyat vasitəsi Sojha kəndi yaxınlığında yoldan çıxaraq dərəyə aşıb.
Reuters agentliyinin yerli KİV-lərə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, 18 nəfər yaralanıb.
Qəza zamanı avtobusda 22 nəfər, o cümlədən iki uşaq olub. Həlak olanlar arasında iki qadın və iki kişi var, onların aldığı xəsarətlər həyatla uyğun olmayıb.
Hadisə yerində xilasedicilər işləməkdə davam edir. Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti dəqiqləşdirilir, qəzanın səbəbləri araşdırılır.