Bakıda avtobil üç nəfərin üstündən keçdi- Hadisə yerindən GÖRÜNTÜLƏR-VİDEO
Bakının 7-ci mikrorayon ərazisində piyadaların vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, hadisə paytaxtın 7-ci mikrorayon ərazisində qeydə alınıb.
Məlumata görə, “Hyundai” markalı, 99-FL-268 dövlət nömrə nişanlı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən yolu keçmək istəyən 3 nəfəri – nənə, qızı və nəvəsini vurub.
Qəza nəticəsində xəsarət alan şəxslər dərhal xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Nizami Rəsulov
Denmedia.az
nizami