BƏƏ sahillərində tankerə hücum yanğın baş verdi
Birləşmiş Ərəb Əmirliklərinin sahillərində tankerə zərbə endirildiyi və gəmidə yanğın baş verdiyi bildirilir.
Bu barədə Press TV telekanalı X sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, hadisə Şarjaya yaxın sularda qeydə alınıb. Bildirilir ki, zərbəyə məruz qalan gəminin ABŞ-a məxsus olduğu ehtimal edilir.
Materialda qeyd olunur ki, Şarjada ABŞ tankerinə zərbə endirildiyi və gəminin alovlandığı bildirilir.