İran millisi 2026 dünya çempionatındakı iştirakı ilə bağlı bəyanat verdi
İranın futbol yığması bəyan edib ki, heç kim komandanı qarşıdakı dünya çempionatından kənarlaşdıra bilməz.
Komanda sosial şəbəkələrdə yayımladığı açıqlamada xatırladıb ki, ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının təşkilatçısı ayrı-ayrı dövlətlər deyil, Beynəlxalq Futbol Federasiyası – FIFA-dır.
Dünya çempionatı tarixi və beynəlxalq turnirdir. Onun rəhbər qurumu FIFA-dır, hər hansı ayrıca ölkə deyil. İran yığması gücü və qələbələri sayəsində bu böyük turnirə vəsiqə qazanan ilk komandalar sırasında yer alıb.
Qeyd olunub ki, İran millisi seçmə mərhələdə əldə etdiyi nəticələr sayəsində mundiala vəsiqə qazanıb və komandanın turnirdə iştirakını şübhə altına almaq üçün əsas yoxdur.