Donald Tramp müharibənin bitdiyini "instinktimlə" anlayacağam deyir
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrana qarşı ABŞ əməliyyatının nə vaxt başa çatacağını özü müəyyən edəcək.
Bu barədə o, Fox News telekanalına müsahibəsində danışıb.
“Mən bunu hiss edəcəyəm. Bunu daxili hissimlə anlayacağam”.
Tramp bu sözləri münaqişənin nə vaxt başa çatdığını necə anlayacağı ilə bağlı suala cavab verərkən deyib.
ABŞ lideri həmçinin hesab edir ki, mövcud qarşıdurma uzun sürməyəcək.
Onun sözlərinə görə, münaqişə bitən kimi ABŞ iqtisadiyyatı çox sürətlə əvvəlki vəziyyətinə qayıdacaq.