Su qızdırıcısının partlaması 78 yaşlı kişinin həyatına son qoydu
Ağdaşda su qızdırıcısının partlaması nəticəsində ağır yanıq alan kişi həyatını itirib.
Denmedia.az report-a istinadən xəbər verir ki, hadisə şəhər sakini, 78 yaşlı Zakir Rəsulovun evində baş verib.
İlkin məlumata əsasən, hadisə evin hamam otağında su qızdırıcısının partlaması nəticəsində baş verib. Partlayış zamanı qaynar su kişinin üzərinə tökülüb və o ağır yanıq xəsarətləri alıb.
Zərərçəkən xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.