Goranboy–Tərtər yolunda ağır qəza: 5 nəfər yaralandı
Goranboy–Tərtər yolunda iki avtomobil toqquşdu, 5 nəfər xəsarət aldı.
Denmedia.az report-a istinadənxəbər verir ki, hadisə Goranboy rayonu ərazisindən keçən magistral yolda baş verib.
Belə ki, Nissan və VAZ markalı avtomobillərin toqquşması nəticəsində R.Şükürov (2003), M.Kərimov (1955), M.Baxışəliyev (1990), N.Məmmədov (2002) və İ.Firudinli (2008) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.