Sükan arxasında telefonla danışırmış-Sumqayıtdakı ağır qəzada şahid danışdı-VİDEO
Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində iki yük avtomobilin toqquşması ilə nəticələnən ağır yol nəqliyyata hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, ağır qəza magistarl yolun Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, sürücülərdən biri əcnəbi olmaqla iki nəfər ağır yaralanıb. Onlar dərhal təcili tibbi yardım avtomobili ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıblar.
Sumqayıt Tibb Mərkəzindən bildirildi ki, Təcili Tibbi Yardım Xəstəxanasına ağır vəziyyətdə hospitalizasiya olunan 49 yaşlı Babək Abbasovun aparılan reanimasiya tədbirlərinə baxmayaraq bioloji ölüm faktı qeydə alınıb.
Hazırda 35 yaşlı əcnə vətəndaş olan şəxsin müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Hadisə yerində olan şahid sürücülərdən birinin verdiyi məlumata görə, qəza törədən şəxs sükan arxasında telefonla danışırmış. Hadisədə məhz bu səbəbdən qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Nizami Rəsulov
Denmedia.az
nizami