Ağdaşda faciə: kişi suvarma kanalında boğuldu
Ağdaş rayonunda bir kişi suvarma kanalında boğulub.
DenMedia.az apa-ya xəbər verir ki, hadisə 3 mart tarixində Aşağı Ləki kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, Aşağı Ləki kənd sakini O. Saadov (1986-cı il təvəllüdlü) su kanalına yıxıldıqdan sonra boğularaq həyatını itirib. Bildirilir ki, onun fiziki məhdudiyyəti olub və epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.
O. Saadovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.