Əfqanıstan Pakistana hava zərbələri endirdi
Əfqanıstan Hərbi Hava Qüvvələri Pakistan ərazisində yerləşən hərbi bazalara zərbələr endirib. Bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Qurumun açıqlamasına görə, hədəflər arasında Ravalpindidə yerləşən “Nur Xan” hərbi bazası, həmçinin Bəlucistan əyalətində 12-ci ordu korpusunun qərargahı və Xayber-Paxtunxva əyalətinin Mohmand rayonu olub.
Hadisə ilə bağlı Pakistan tərəfinin rəsmi reaksiyası hələlik açıqlanmayıb.