Oman sahillərində neft tankeri hücuma məruz qaldı
Palau bayrağı altında üzən Skylight adlı neft tankeri Omanın Musandam yarımadası sahilləri yaxınlığında hücuma məruz qalıb. Bu barədə martın 1-də Al Jazeera Oman Sultanlığının Dəniz Təhlükəsizliyi Mərkəzinə istinadən məlumat yayıb.
Qurumun məlumatına görə, zərbə nəticəsində dörd nəfər xəsarət alıb. Gəmidə olan 20 nəfərlik heyət tam şəkildə təxliyə olunub.
Hadisə Oman dövlət mediasının Duqm limanına iki pilotsuz aparatın hücum etdiyi barədə yaydığı məlumatdan qısa müddət sonra baş verib. Limana hücum nəticəsində bir nəfərin yaralandığı bildirilir.