Sumqayıtda sex yanır – əraziyə FHN cəlb olunub
FHN-nin “112” qaynar xəttinə Sumqayıt şəhərində yerləşən avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə DenMedia.az -a FHN-in mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, məlumatla əlaqədar hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğının söndürülməsi istiqamətində işlər görülür.