Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana gətirildi
Azərbaycan Respublikasının Baş Prokurorluğunun mətbuat xidməti xəbər verir ki, beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya olunub.
Məlumata görə, Baş Prokurorluğun Azərbaycan Respublikası vətəndaşları Əbulfət İsmayılzadə Həsən oğlu və Amal Əzizov Sərvan oğlunun ekstradisiyası ilə bağlı vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən 22 yanvar 1993-cü il tarixli “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın tələblərinə uyğun olaraq təmin edilib.
Həmin şəxslər Gürcüstan ərazisində saxlanılaraq, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Yerli KİV-lərin məlumatına görə, Amal Əzizov və Əbulfət İsmayılzadə Dövlət Gömrük Komitəsi tərəfindən siqaret qaçaqmalçılığı faktı üzrə başlanmış cinayət işi çərçivəsində axtarışda olublar.