Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva dəhşətli qəzada öldü-Sürücüsü isə...TƏFƏRRÜAT
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
“Denmedia.az” xəbər verir ki, faciəli hadisə Novxanı–Pirşağı avtomobil yolunda baş verib.
İlkin məlumata əsasən, hakim Aynur Rzayevanın tabeliyində olan avtomobili idarə edən sürücü qarşı istiqamətdən hərəkətdə olan nəqliyyat vasitəsi ilə toqquşub. Qəza “Nissan” markalı avtomobilin digər minik maşını ilə toqquşması nəticəsində qeydə alınıb.
Güclü zərbə nəticəsində Aynur Rzayeva hadisə yerində dünyasını dəyişib. Avtomobili idarə edən sürücü isə ağır bədən xəsarətləri alaraq təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, ərazi müvəqqəti olaraq nəzarətə götürülüb. Faktla bağlı araşdırma aparılır, qəzanın dəqiq səbəbləri istintaq zamanı müəyyən ediləcək.
Qeyd edək ki, Aynur Rzayeva hüquq sistemində uzun illər fəaliyyət göstərmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi kimi məsul vəzifədə çalışıb. Onun vəfatı hüquq ictimaiyyəti və cəmiyyət üçün ağır itki kimi qiymətləndirilir. Allah rəhmət eləsin.
Nizami Rəsulov
Denmedia.az
nizami