Arizona aviabazasında silahlı insident — ərazi nəzarət altına alındı
ABŞ-ın Arizona ştatında yerləşən “Luke” Hərbi Hava Qüvvələri bazasında naməlum şəxs atəş açıb.
Bu barədə aviabazanın Facebook səhifəsində məlumat verilib.
Bəyanatda bildirilir ki, “Luke” aviabazası ərazidə baş verən atışma ilə bağlı məlumat əsasında hadisəyə reaksiya verir.
Həmçinin qeyd olunur ki, baza əməkdaşlarına olduqları yerdə qalmaq və fövqəladə xidmətlərin göstərişlərinə əməl etmək tapşırılıb.
Atışma nəticəsində xəsarət alanların olub-olmaması və atəş açan şəxsin kimliyi barədə hələlik məlumat verilməyib.