Morq işçisi illərlə gizli ticarət aparıb — detallar şok edir
ABŞ-da Harvard Tibb Məktəbinin keçmiş morq müdiri Sedrik Lodc meyit hissələrini oğurlayıb “suvenir” kimi satdığına görə 8 il həbs cəzasına məhkum edilib. Bu barədə Metro nəşri məlumat yayıb.
Məlumata görə, Lodc universitetin, donorların və onların ailələrinin xəbəri olmadan meyit qalıqlarını gizli şəkildə mənimsəyib və satıb.
58 yaşlı Lodc oğurladığı insan bədən hissələrini Yeni İngiltə bölgəsində yerləşən Nyu-Hempşir ştatındakı evinə aparır, həyat yoldaşı isə onların digər ştatlara göndərilməsinə kömək edirdi. İstintaq zamanı müəyyən edilib ki, Lodc bu qanunsuz fəaliyyətdən on minlərlə dollar gəlir əldə edib. O, məsələn, “7 nömrəli baş” üçün 1000 dollar, üzərində “braiiiiiins” (“beyinlər”) qeydi olan sifariş üçün isə 200 dollar alıb.
Harvard Tibb Məktəbinin nümayəndəsi Lodcun əməllərini “iyrənc” adlandıraraq bildirib ki, bu hadisə universitetin bütün dəyərlərinə ziddir və donorların, eləcə də onların ailələrinin xatirəsinə hörmətsizlikdir.
Lodcun həyat yoldaşı da cinayətdə iştirakçı kimi tanınıb və 1 il azadlıqdan məhrum edilib.