Sumqayıtda 18 yaşlı gəncin meyiti tapılıb
Sumqayıt şəhərində 18 yaşlı gəncin meyiti aşkarlanıb.
Denmedia.az xəbər verir ki, hadisə şəhərin 30-cu məhəllə ərazisində qeydə alınıb.
Məlumata görə, həmin ərazidə yaşayan 2007-ci il təvəllüdlü Fəttayev Müşfiq Mirmehdi oğlunun cansız bədəni yaxınları tərəfindən tapılıb. Dərhal hadisə yerinə təcili tibbi yardım çağırılsa da, həkimlər gəncin artıq həyatını itirdiyini müəyyən ediblər.
Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Əraziyə polis əməkdaşları cəlb olunub, müvafiq araşdırmalar aparılır. Meyitin üzərində ilkin baxış keçirilib, ölümün dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün meyit müvafiq ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Nizami Rəsulov
Denmedia.az
nizami