Lerikdə ağrılı faciə: qardaş eyni gün iki bacısını itirdi
Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verir ki, bacısının yasından qayıdan Lerik sakini Akif Ağacanovun ehtiyatsızlığı ailəni faciəyə sürükləyib.
Paytaxtdan qayıdan Ağacanov «VAZ-2121» markalı avtomobili ilə yolda nasazlıq səbəbilə qalan həmkəndlilərinə yardım etmək üçün dağ yolunda dayanıb. Lakin o, avtomobilin əl tormozunu çəkməyi unudub. Nəticədə maşın geriyə doğru diyirlənərək dərəyə aşıb.
Avtomobildə olan sürücünün bacısı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.