Floridada göydən "iquanalar" yağacaq
ABŞ-ın Florida ştatında güclü soyuqlar səbəbindən qeyri-adi təbiət hadisəsi başlaya bilər — “i̇quana yağışı”. Bu barədə Metro yazır.
Soyuq şimal küləyi temperaturu bu sürünənlər üçün kritik hədd olan 10°C-dən aşağı salıb, nəticədə onlar yuxuya bənzər vəziyyətə düşür və budaqlardan yapışa bilmirlər.
Florida sakinləri xəbərdar edilib, çünki hündürlükdən yıxılan, uzunluğu 1,5 metrə çatan iquanalar insanlar üçün təhlükə yarada bilər.
Mütəxəssislər həmçinin donmuş vəziyyətdə olan bu kərtənkələlərə yaxınlaşmamağı məsləhət görür və bildirirlər ki, onlar qorxudan dişləyə və cırmaqlaya bilər, ona görə də xilas üçün xüsusi xidmətlər çağırılmalıdır.