Bakıda öz evində güllə yarasından ölən Nicat uzun müddət Gömrükdə çalışıb-Hadisə görün hansı səbəbdən baş verib?-FOTO
Bakı şəhərində, “Neftçilər” metro stansiyası yaxınlığında yerləşən yaşayış binalarından birində güllə yarası almış kişinin meyiti tapılıb.
Denmedia.az-ın əldə etdiyi məlumata görə, vəfat edən şəxs həmin ərazidə yaşayan Nicat Quliyevdir. İlkin məlumatlara əsasən, o, evində odlu silahdan açılan atəş nəticəsində həyatını itirib.
Mərhumun Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin baldızının oğlu olduğu bildirilir.
Hadisə yerinə dərhal polis və prokurorluq əməkdaşları cəlb olunub. Fakt üzrə araşdırma aparılır, ölüm səbəbi və atəşin hansı şəraitdə baş verdiyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Rəsmi qurumlar hadisənin başvermə mexanizmi ilə bağlı hazırda ictimaiyyətə açıqlama verməyib.
Məlumatlara görə, Nicat Quliyev bir müddət Naxçıvan Gömrük sistemində çalışıb. Onun iş fəaliyyəti, xalası oğlu yəni Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin oğlunun Gömrük rəisi olduğu vaxtlara təsadüf edir.
Hadisənin hansı səbəbdən baş verdiyi dəqiq məlum olmasa da , lakin ilkin məlumatlara görə, onun külli miqdarda borcu olub və hadisənin də bu səbəbdən törədildiyi ehtimal edilir.
Faktla bağlı cinayət işi açılıb və istintaq davam etdirilir.
Nizami Rəsulov
Denmedia.az
nizami