Türkiyəyə məxsus yanğınsöndürmə təyyarəsi Xorvatiyada qəzaya düşdü
Xorvatiyada Türkiyənin yanğınsöndürmə təyyarəsi qəzaya uğrayıb, pilot həlak olub.
İlkin məlumatlara görə, Türkiyə aviasiya orqanlarına məxsus iki təyyarə planlaşdırılmış texniki xidmət üçün Çanaqqaladan Zaqrebə yola düşüb. Təyyarələrdən biri təyinat yerinə uğurla çatıb, lakin digəri ilə əlaqə qəfildən kəsilib və tezliklə radarlardan yoxa çıxıb.
Axtarış-xilasetmə əməliyyatlarına Xorvatiya və Türkiyədən xilasetmə bölmələri cəlb edilib. Təyyarənin qalıqları daha sonra Xorvatiyanın şimal-qərbindəki Senj şəhəri yaxınlığında tapılıb. Qəzanın səbəbi araşdırılır və istintaq qrupları hadisə yerində işləyir.