Sumqayıt Dövlət Universitetinin tələbəsi faciəvi şəkildə həyatını itirdi – Şəfəq qəsəbəsində dəhşətli hadisə...
Abşeron rayonunun Şəfəq qəsəbəsində ağır və faciəvi hadisə baş verib.
DenMedi.az-ın hadisə yerində olan əməkdaşı bildirir ki, Sumqayıt Dövlət Universitetinin 5-ci kurs tələbəsi Kəmalə Əbilova binadan yıxılaraq həyatını itirib.
Hadisə səhər saatlarında qeydə alınıb. İlkin məlumata görə, gənc qız yaşadığı binanın yüksək mərtəbəsindən yıxılıb. Hadisə yerinə dərhal təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Lakin həkimlərin səylərinə baxmayaraq, Kəmalə Əbilovanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisənin başvermə səbəbləri dəqiqləşdirilir.
Universitet rəhbərliyi və tələbə yoldaşları gənc qızın ölümü ilə bağlı dərin kədər hissi keçirdiklərini bildiriblər. Qeyd olunur ki, Kəmalə Əbilova universitetin Riyaziyyat fakültəsinin 5-ci kurs tələbəsi olub, təhsilində və ictimai fəaliyyətində fəallığı ilə seçilib.

Ellada Rəsul
DenMedia.az
nizami