Bu bir sutkada sanki on il qocaldım-Tanınmış politoloqa ağır itki üz verib-FOTOLAR
Ötən gün səhər saatlarında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) əməkdaşı vəfat edib.
“DenMedia.az” xəbər verir ki, bu barədə Xidmət məlumat yayıb.
Bildirilib ki, qurumun Əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarət şöbəsində çalışan Vüsal Qurbanlı eyni zamanda Vətən müharibəsi iştirakçısı olub.
Tanınmış politoloq Turan Trzayev qəfil ölən dayısı oğlundan yazıb.
Həyatın nə qədər qısa və ani bir şey olduğunu bu gün çox acı şəkildə öyrəndim. Bu bir sutkada sanki on il qocaldım.
Özümə böyük qardaş bildiyim dayım oğlu Vüsalı itirdik. Nə xəstəliyi vardı, nə də ağrıdan bir yeri. Cəmi 31 yaşı var idi. İşdən evə qayıtmaq üçün hazırlaşarkən qəfil ürək tutması ilə dünyasını dəyişdi.
İnanın, bunları yazmaq mənim üçün o qədər ağırdır ki... İçim yanır, sözlərim aciz qalır. Bir yaşlı oğlu, iki aylıq körpəsi yetim qaldı.
Üsyan etmirəm, amma anlamağa çalışıram. Ağlım bu hadisəyə bir məntiq, bir əsas tapmaq istəyir. Necə ola bilər ki, cəmi 31 yaşında, sağlam bir insan qəfil ürək tutmasından həyatdan köçsün?
Balalarını yetim qoydun, qardaşım... Gözümüzü yaşlı, ürəyimizi yaralı qoydun. Canımızdan can getdi-deyə politoloq öz sosial media hesabında yazıb.



DenMedia.az
nizami