"ASAN xidmət"də faciə: 4 yaşlı uşaq yıxılaraq öldü
Bu gün səhər saatlarında 4 yaşlı Həbibova Mələk Nicat qızı Şəki "ASAN Xidmət" mərkəzinin ikinci mərtəbəsindən yıxılıb.
Denmedia.az APA-ya istinadən xəbər verir ki, azyaşlı dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
nizami