Polşada siyasi böhran: Prezident səfərini yarımçıq qoyub geri döndü
Polşada Konstitusiya Məhkəməsi ətrafında ciddi siyasi böhran yaranıb.
Ölkə Prezidenti Karol Navrotski Seneqala rəsmi səfərə gedərkən Konstitusiya Məhkəməsinin ərazisinə polis qüvvələri cəlb edilib.
Konstitusiya Məhkəməsinin sədri Boqdan Şventçkovski və onun müavini Bartlom ey Soxanski məhkəmənin fəaliyyətinə mane olmaqda ittiham edilərək bir ay müddətinə vəzifələrinin icrasından müvəqqəti uzaqlaşdırılıblar.
Hadisələrdən xəbər tutan Prezident Karol Navrotski Seneqal səfərini yarımçıq saxlayaraq Polşaya qayıtmaq qərarına gəlib.
Bu arada müxalifət tərəfdarlarını Konstitusiya Məhkəməsinin qarşısına toplaşmağa çağırıb.
Polis məhkəmənin ərazisində təhlükəsizlik tədbirləri həyata keçirdiyini bildirsə də, binaya basqın edilməsi barədə iddiaları təkzib edib.
Baş verənlər Polşada hökumətlə məhkəmə rəhbərliyi arasında mövcud olan qarşıdurmanı daha da gərginləşdirib.