Anomal istilər İspaniyada yüzlərlə insanın həyatına son qoydu
İspaniyada anomal istilər səbəbindən təxminən 900 nəfər ölüb.
Bu barədə El País qəzeti gündəlik ölüm monitorinqi sisteminin məlumatlarına istinadən xəbər verib.
Məlumata görə, iyun ayında ölkədə orta hava temperaturu +23,2 dərəcə təşkil edib.
Qeyd olunur ki, yay mövsümünün ilk ayı İspaniyada meteoroloji müşahidələrin aparılmağa başladığı 1961-ci ildən bəri ikinci ən isti iyun kimi qeydə alınıb.
Temperatur göstəricisinə görə rekord isə 2025-ci ilin iyununa məxsusdur. Həmin vaxt ölkədə orta temperatur +23,6 dərəcə olmuşdu.