ABŞ-İran xəttində fasilə: Zərbələr dayanır
ABŞ və İran qarşılıqlı hərbi zərbələri dayandırmaq barədə razılığa gəlib. Bu barədə Axios portalının jurnalisti Barak Ravid məlumat yayıb.
Onun sözlərinə görə, yüksək vəzifəli mənbə bildirib ki, tərəflərin nümayəndələri iyunun 30-da Dohada görüşməyə və Hörmüz boğazı ilə bağlı məsləhətləşmələr aparmağa razılaşıblar.
“ABŞ və İran bir-birinə zərbə endirməyi dayandırmaq barədə razılığa gəlib. Çünki hər iki tərəf çərşənbə axşamı Qətərin paytaxtı Dohada görüşərək Hörmüz boğazı ətrafındakı fikir ayrılıqlarını həll etməyi planlaşdırır”, — deyə Ravid qeyd edib.