Tramp İrana qarşı zərbələrin qayıda biləcəyinə işarə etdi
ABŞ Prezidenti Donald Tramp İrana zərbələrin bərpası ehtimalını istisna etməyib.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Onun sözlərinə görə, belə ssenari mümkündür.
O həmçinin qeyd edib ki, Vaşinqtonun mümkün addımlarının detalları açıqlanmayacaq. Bununla yanaşı, Tramp zərbələrin hansı hallarda yenidən başlaya biləcəyi ilə bağlı suala cavab verməkdən yayınıb.