ABŞ-da atəş açan şəxs Trampın rəqibinin tərəfdarı imiş...
Trampın iştirak etdiyi tədbirdəki atışma şübhəlisi barədə yeni məlumatlar açıqlanıb.
Los Angeles Times-ın məlumatına görə, şübhəli Koul Tomas Allan ABŞ-ın sabiq vitse-prezidenti Kamala Harris ilə əlaqəli siyasi quruma ianə edib.
Məlumata əsasən, o, 2024-cü ilin oktyabrında demokratlar üçün vəsait toplayan ActBlue komitəsinə 25 dollar köçürüb.
Bildirilir ki, şübhəli həmçinin indie oyunların hazırlanması ilə məşğul olub.
Xatırladaq ki, Allan daha əvvəl ifadəsində ABŞ prezidenti Donald Trampın administrasiyasının nümayəndələrinə hücum etmək niyyətində olduğunu etiraf edib. Hadisə Trampın iştirak etdiyi şam yeməyi zamanı baş verib, tədbirdə Ağ Evdə akkreditə olunmuş jurnalistlər də olub.