Hörmüz boğazı yenidən açıldı
İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, Livan atəşkəsi çərçivəsində Hörmüz boğazından ticarət gəmilərinin keçidinə icazə verilib.
Nazir sosial media hesabında qeyd edib ki, əvvəlcədən müəyyən olunmuş koordinasiyalı marşrut üzrə atəşkəs müddəti ərzində bütün ticarət gəmilərinin keçidi tam şəkildə təmin olunur.
Eyni zamanda vurğulanıb ki, bu qərar yalnız atəşkəs dövrü ilə məhdudlaşır.