NATO müttəfiqləri ABŞ-ni dəstəkləmədi və “özlərinə problem yaratdı”
ABŞ prezidenti Donald Tramp bildirib ki, NATO müttəfiqləri İran məsələsində Vaşinqtonu dəstəkləmədikləri üçün “özlərinə problem yaradıblar”.
Onun sözlərinə görə, ABŞ əvvəlki illərdə müttəfiqlərinə çətin vəziyyətlərdə dəfələrlə yardım edib, lakin bu dəfə eyni dəstəyi görməyib.
“Onların problemi olanda biz köməyə gəlirdik. Amma biz onlardan nisbətən kiçik bir qarşıdurmada iştirak etmələrini istəyəndə, bizi dəstəkləmədilər,” — deyə Donald Tramp bildirib.
ABŞ lideri əlavə edib ki, gələcəkdə daha ciddi toqquşma baş verərsə, NATO tərəfdaşlarının Vaşinqtona kömək edib-etməyəcəyi şübhə altındadır.