ABŞ - İran danışıqları üçün iki ölkə önə çıxır
Bloomberg agentliyinin yüksək vəzifəli mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ və İran arasında növbəti danışıqlar raundu Türkiyə və ya Misirdə keçirilə bilər.
Mənbələrin sözlərinə görə, məhz bu iki ölkə münaqişənin diplomatik tənzimlənməsində aktiv rol oynayıb və bu da növbəti görüşün həmin ölkələrdən birində baş tutma ehtimalını artırır.
Agentlik qeyd edir ki, ilk raund nəticəsiz başa çatıb — ABŞ tərəfi razılıq əldə edə bilmədən danışıqlardan çıxıb.