İran ABŞ-la görüş üçün Pakistana səfər etmədiyini bildirdi
İranın xarici işlər naziri Abbas Araqçi və parlament sədri Məhəmməd-Bağır Qalibaf ölkəni tərk etməyib və Tehranda dövlət vəzifələrini yerinə yetirməyə davam edirlər. Bu barədə Tasnim agentliyi məlumatlı mənbəyə istinadən xəbər verib.
Mənbə bəzi KİV-lərdə yayılan məlumatları təkzib edib:
“İranın danışıqlar qrupunun ABŞ-la görüş üçün Pakistana, İslamabada getməsi barədə məlumatlar tamamilə yalandır.”
Eyni zamanda, Fars agentliyi də İran nümayəndə heyətinin Pakistana getməsi ilə bağlı xəbərləri inkar edib və bildirib ki, Tehran Livanda atəşkəs təmin olunmadan ABŞ-la sülh danışıqlarında iştirak etməyi planlaşdırmır.