İsrail geri çəkilmir: döyüşlər yenidən başlaya bilər
İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İranla bağlı hələ həyata keçirilməmiş hədəflər var və İsrail hakimiyyəti bu məqsədlərə istənilən yolla nail olacaq. Bu barədə The Times of Israel xəbər verir.
“Biz buna ya razılaşma yolu ilə, ya da döyüşlərin yenidən başlaması hesabına nail olacağıq”, — deyə Benyamin Netanyahu videomüraciətində bildirib.
Onun sözlərinə görə, İsrail “istənilən an” hərbi əməliyyatları bərpa etməyə hazırdır.
“Barmaq tətik üzərindədir”, — deyə Netanyahu vurğulayıb.