Gərginlikdən dialoqa - ABŞ İran münasibətlərində yeni mərhələ
CNN-in məlumatına görə, ABŞ prezidenti Donald Trampın administrasiyası İranla bağlı danışıqlara hazırlaşır və bu danışıqlarda, ehtimal ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens, həmçinin danışıqçılar Stiv Uitkoff və Cared Kuşner iştirak edəcək.
"Birbaşa danışıqlar barədə müzakirələr aparılır, lakin prezident Donald Tramp və ya Ağ Ev bunu rəsmi şəkildə elan etməyənə qədər heç nə yekun deyil", — deyə Ağ Evin mətbuat katibi Kerolayn Levitt CNN-ə bildirib.
Bundan əvvəl prezident Tramp Tehran tərəfindən təqdim olunan təkliflər əsasında danışıqlara hazır olduğunu ifadə edib və İrana zərbələri iki həftəlik dayandıracağını bəyan edib.
Gözlənilir ki, ABŞ və İran danışıqların ilk raundunu 10 aprel tarixində Pakistanın paytaxtında keçirəcək.