İsrail İrana qarşı atəşkəsə razılaşdı
ABŞ və İsrail İran ilə iki həftəlik atəşkəs barədə razılığa gəlib, bu barədə CNN xəbər verir.
Qərar regionda davam edən danışıqlar və diplomatik aktivlik fonunda qəbul olunub.
ABŞ administrasiyasının nümayəndəsi bildirib ki, İsrail hakimiyyəti də danışıqlar dövründə İrana qarşı bombardmanları müvəqqəti dayandırmağa razılaşıb. Onun sözlərinə görə, atəşkəs tərəflərə regionda sabitliyin təmin edilməsi üzrə tədbirləri müzakirə etmək imkanı verəcək.