Təl-Əvivdə gərginlik – polis və etirazçılar üz-üzə gəldi
İrandakı hərbi əməliyyatlara etiraz olaraq bir qrup müharibə əleyhdarı fəal Təl-Əvivin mərkəzində mitinq keçirib.
İsrail polisi hərbi vəziyyət qaydalarının pozulduğunu əsas gətirərək aksiyanı dağıdıb.
Polisin məlumatına görə, mitinq şəhərin mərkəzində yerləşən Ha-Bima meydanında keçirilib. Hüquq-mühafizə orqanları toplaşanların Arxa Cəbhə Xidmətinin göstərişlərini pozduğunu bildirib. Mövcud qaydalara əsasən, raket hücumları təhlükəsi səbəbindən ölkədə 50 nəfərdən çox insanın iştirak etdiyi kütləvi tədbirlər qadağandır.
The Times of Israel nəşrinin yazdığına görə, aksiya iştirakçıları İsrail Ali Məhkəməsinin daha əvvəl 600 nəfərə qədər etiraz aksiyalarına icazə verən qərarına istinad ediblər.
Polisin qiymətləndirməsinə əsasən, Təl-Əvivdəki toplaşma bu limiti aşdığı üçün iştirakçılardan dağılmaq tələb olunub. Tələblərə tabe olmayanlarla polis arasında toqquşmalar baş verib.
Polis bildirib ki, ictimai asayişin pozulmasına görə ümumilikdə 10 nəfər saxlanılıb.