Tramp İranla saziş bağlamağa tələsmir
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla hərbi əməliyyatları dayandıracaq razılaşma bağlamağa hələlik hazır deyil.
Bu barədə o, NBC News telekanalına müsahibəsində danışıb.
“İran razılaşma bağlamaq istəyir. Amma mən bunu istəmirəm, çünki razılaşmanın şərtləri hələ kifayət qədər yaxşı deyil”, — deyə Donald Tramp bildirib.
ABŞ lideri razılaşmada hansı maddələrin olmalı olduğunu ətraflı açıqlamaqdan imtina edib. O qeyd edib ki, İran nüvə silahı hazırlamayacağına dair öhdəlik götürməlidir.
Qeyd edək ki, İran hakimiyyəti son illərdə nüvə proqramının yalnız sülh məqsədli olduğunu dəfələrlə bəyan edib.