İranda zərbə nəticəsində bir ailənin altı üzvü həlak oldu
ABŞ və İsrailin İranın qərbində yerləşən yaşayış binasına endirdiyi zərbə nəticəsində azı 6 nəfər həyatını itirib.
Bu barədə Fars agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, hücum 14 mart şənbə günü İlam vilayətinin Eyvan şəhərində baş verib.
Agentliyin bildirdiyinə görə, zərbə nəticəsində binada yaşayan bir ailənin altı üzvü, o cümlədən altı aylıq körpə həlak olub.