İran Türkiyə istiqamətinə raket atılmasını təkzib etdi
İran bəyan edib ki, Türkiyə istiqamətinə heç bir raket buraxmayıb və baş verən insidenti ABŞ və İsrail tərəfindən törədilmiş mümkün təxribat kimi qiymətləndirir.
İran Silahlı Qüvvələrinin “Xatam əl-Ənbiya” Mərkəzi Qərargahının nümayəndəsi bildirib ki, İran ordusu dost və qonşu ölkə olan Türkiyə istiqamətində hər hansı raket buraxılışı ilə bağlı iddiaları qəti şəkildə təkzib edir.
Onun sözlərinə görə, ABŞ və İsrailin əvvəlki təxribatları nəzərə alınarsa, bu insident İran ilə Türkiyə arasında münasibətləri korlamağa yönəlmiş ola bilər və məsələ ciddi şəkildə araşdırılmalıdır.
Məlumatı İranın dövlət teleradio qurumu yayıb.