İsrailin Beyrut sahilinə zərbəsi nəticəsində yeddi nəfər öldü
Livanın Səhiyyə Nazirliyi bildirib ki, İsrailin Beyrut sahilinə endirdiyi zərbə nəticəsində azı yeddi nəfər həlak olub.
Bu barədə Le Figaro nəşri məlumat yayıb.
Məlumata görə, Beyrutun Ramlet əl-Bayda sahilinə endirilən zərbə nəticəsində ilkin məlumatlara əsasən 7 nəfər ölüb, 21 nəfər yaralanıb.
Bildirilir ki, həmin ərazi cənub sərhədində gərginliyin artması səbəbindən köçkün düşmüş şəxslərin gecələdiyi yer kimi istifadə olunurdu.