Dubay hava limanı yaxınlığına iki dron düşdü, yaralananlar var
Dubay Beynəlxalq Hava Limanı yaxınlığında iki pilotsuz uçuş aparatı düşüb. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.
Bu barədə Dubay Hökumətinin Media Ofisi məlumat yayıb.
Bildirilir ki, hadisədən sonra BƏƏ hakimiyyəti hücum görüntülərinin yayılmasına görə sərt cəzalar tətbiq edib. Bu səbəbdən baş verənlərlə bağlı yeni videoların yayılması xeyli azalıb.